Suriya ordusu DAEŞ-in nəzarətindəki son region Əbu Kamal şəhərinə girdi
Hökumət qüvvələrinin irəliləyişi Rusiyanın bir neçə gün əvvəl DAEŞ hədəflərinə havadan və gəmilərdən həyata keçirdiyi bombardmanlardan sonra olub.

Suriya ordusu terror təşkilatı DAEŞ-in nəzarətindəki son region Əbu Kamal şəhərinə girdi.
Ordu mühasirəyə aldıqdan sonra şəhərə girib.
Qeyd edək ki, Suriya hökumət qüvvələri Deyr Zor bölgəsində DAEŞ-i məhv etmək üçün böyük bir əməliyyat başlayıb. Hökumət qüvvələrinin irəliləyişi Rusiyanın bir neçə gün əvvəl DAEŞ hədəflərinə havadan və gəmilərdən həyata keçirdiyi bombardmanlardan sonra olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2015-ci ildə Suriya prezidenti Bəşər Əsədin xahişilə Rusiyanın əməliyyatlara müdaxiləsindən sonra DAEŞ-in Suriyada nəzarət etdiyi regionların 90 faizdən çoxu azad edilib.
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı İdlibә humanitar yardım göndәrib
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriyanın İdlib şəhərinə 86 yük maşını ilə humanitar yardım göndərdi.