Güney Azərbaycanın Çaldıran qəsəbəsində 8 əsgər şəhid oldu

Terrorçu qruplara qarşı bölgədə əməliyyat davam edir.

840579
Güney Azərbaycanın Çaldıran qəsəbəsində 8 əsgər şəhid oldu

  İranın şimal qərbində, Türkiyə ilə sərhədə yaxın Qərbi Azərbaycan torpaqlarında - Urmiya şəhərinin Çaldıran şəhərində separatçı terror təşkilatı PKK-nın İrandakı PJAK qoluna mənsub terrorçularla baş verən döyüşdə 8 İran Təhlükəsizlik Qüvvələri əsgəri şəhid olub.  

  Toqquşma sərhədin neytral bölgəsində baş verib.

  Terrorçu qruplara qarşı bölgədə əməliyyat davam edir.

  Münaqişə ilə bağlı daha ətraflı məlumatı əməliyyatlar sona çatdıqdan sonra veriləcəyini bildirən İran rəsmiləri qarşıdurmada öldürülən təhlükəsizlik qüvvələrindən 3-ünün sərhədçi, 5-inin isə hərbi əsgər olduqlarını deyib.



Әlaqәli Xәbәrlәr