Heydәr әl İbadi: ‘‘İraq qüvvәlәri mübahisәli bölgәlәrdә nәzarәti tәmin etdi’’

İraq baş naziri Heydәr әl-İbadi mәrkәzi hәkimiyyәtә sadiq qüvvәlәrin mübahisәli bölgәlәrdә nәzarәti tәmin etdiyini bildirib.

838149

O, Peşmәrgә vә İraq Kürd Regional Rәhbәrliyindәki mәmurların maaşlarının tezliklә ödәnәcәyini deyib.

Heydәr әl-İbadi keçirdiyi mәtbuat konfransında  İraq Kürd Regional Rәhbәrliyinin bәzi media orqanlarının mәrkәzi hakimiyyәt qüvvәlәrinin öldürülmәsi ilә bağlı provokativ xәbәrlәr yaydığını ifadә edәrәk bunun hәrbi cinayәt olduğunu vurğulayıb.

İbadi DEAŞ-ın nәzarәtindәki Kaim bölgәsinin tezliklә terrorçulardan azad edilәcәyini qeyd edәrәk, hәlә dә terroru dәstәklәyәn vә maliyyәlәşdirәn dairәlәrin olduğunu deyib.

Әlaqәli Xәbәrlәr