"Qətərə hərbi bir əməliyyat olsa..." T.H.Sani

Qətər Əmiri Şeyx Təmin Hamed Sani Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Körfəz böhranının tərəfləri arasında Kamp Daviddə sammit keçirilməsini təklif etdiyini söyləyib.

836255
"Qətərə hərbi bir əməliyyat olsa..." T.H.Sani

  Amerikanın CBS telekanalına verdiyi müsahibədə Qətər əmiri sentyabr ayında Nyu-Yorkda təşkil olunan Birləşmiş Millətlər Təşkilatı iclasları çərçivəsində D.Trampla görüşdüklərini bildirib. O deyib: “Tramp mənə Körfəz böhranının sona çatması lazım olduğunu dedi və dostlarının döyüşməsini qəbul etməyəcəyini bildirdi. Bzi hərbi əməliyyat olmasını istəmirik. Hərbi bir əməliyyat olsa, bütün bölgə xaosa sürüklənər. ABŞ prezidenti Körfəz böhranına həll tapmaq üçün çalışdığını söylədi, bizim Kamp Davidə gəlib görüşməyimizi təklif etdi. Biz dəvətə müsbət cavab veririk və ilk gündən dialoqa çağırırıq. Amma digər ölkələrdən məsələ ilə bağlı cavab almamışıq.”

  Xatırladaq ki, Qətər və bəzi ərəb ölkələri arasında böhran, aralarında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir və Bəhreynin olduğu dörd ərəb ölkəsinin iyun ayında Körfəz ölkəsi Qətər ilə bütün sərhədlərini bağladıqları və ölkəyə iqtisadi embarqo tətbiq etməyə başlayacaqlarını xəbərilə başlayıb. Bu ölkələr Doha rəhbərliyinin terrora dəstək verdiyini iddia edib.



Әlaqәli Xәbәrlәr