"Bu, atom bombasından daha dəhşətli olacaq", V.Putin

Rusiya prezidenti Vladimir Putin yaxın gələcəkdə insanın istənilən xüsusiyyətlərə görə genetik proqramlaşdırması mümkün olacağını və bu inkişafın atom bombasından belə daha dəhşətli ola biləcəyini söyləyib.

831778
"Bu, atom bombasından daha dəhşətli olacaq", V.Putin

  Rusiyanın Soçi şəhərində keçirilən XIX Dünya Gənclər və Tələbə Festivalının iştirakçıları ilə bir araya gələn Putin deyib:  

  "Düşünün, insan istənilən xüsusiyyətə malik bir adam yaradır. Bu adam dahi bir riyaziyyatçı, gözəl bir musiqiçi ola bilər, amma eyni zamanda, qorxu, kədər, kövrəklik, qayğı hissi olmayan və acımasız müharibəyə sərt əsgər ola bilər. Bəşər övladı çox yaxın gələcəkdə inkişafının və mövcudluğunun çox çətin və məsuliyyətli dövrünə girəcək. Bu, atom bombasından daha dəhşətli olacaq.

  Düzdür, yeni texnologiyalardan ən səmərəli və geniş şəkildə istifadə etməliyik. Amma insanlığı və əxlaqı heç vaxt əldən verməməliyik. Çünki əxlaq itərsə, insanın məhvi başlayar. Bütün gördüyümüz işlər bizə fayda gətirməli, insan olduğumuzu unutdurmamalı, əksinə, möhkəmləndirməlidir".



Әlaqәli Xәbәrlәr