Sabiq  preziden Əhmədinəjad dövlətə 3.5 milyard dollar ödəməli olub

İranda keçmiş prezident Mahmud Əhmədinejadın ölkə rəhbəri olduğu dövrdə - 2009-cu ildə neft gəlirləri ilə bağlı qanunsuzluqlarla əlaqədar dövlətin məruz qaldığı zərəri ödəməsi barədə qərar çıxarıldığı məlum olub.

830402
Sabiq  preziden Əhmədinəjad dövlətə 3.5 milyard dollar ödəməli olub

İran parlamentinin informasiya agentliyi İCANA-nın bu barədə verdiyi məlumata görə Mahmud Əhmədinejad prezident olduğu, 9-cu və 10-cu hökumətlərin fəaliyyət göstədiyi dövrdə neft məhsulları idxalı və neft gəlirlərindən xəzinəyə pul ayrılması məsələsi ilə əlaqədar dövlətin məruz qaldığı 3,5 milyard dollar vəsaiti ödəməyə məhkum edilib.

 Parlamentin Planlaşdırma və büdcə komissiyasının rəhbəri Qolamrza Tacgərdun bildirib ki, Mahmud Əhmədinejadın əmri ilə İran Milli Neft Şirkəti qanuna zidd olaraq neft məhsulları idxal edib və şirkət gəlirlərindən dövlət xəzinəsinə qanunsuz pullar ödənib. O həmçinin qeyd edib ki, bununla bağlı sənədlər araşdırılıb: “Mahmud Əhmədinejad 3,5 milyard dollarlıq zərəri geri ödəməlidir”. 

 



Әlaqәli Xәbәrlәr