İraqın Kərkük şəhərinə yeni vali təyin olundu

İraqın Kərkük şəhərində vali müavini Rakan Sait yeni vali kimi təyin olunub.

829400
İraqın Kərkük şəhərinə yeni vali təyin olundu

İraqın Kərkük şəhərində vali müavini Rakan Sait yeni vali kimi təyin olunub.

Valilik binasında keçirilən mətbuat konfransında bəyanat verən vali Sait Kərkük valilik vəzifəsinə, mərkəzi Bağdad hökuməti tərəfindən təyin edildiyini, şəhərdəki həyatın normallaşması üçün vali olaraq vacib olanları yerinə yetirəcəyini bildirib.

Kərkükün yeni valisi şəhərdəki bütün dövlət qurumlarının fəaliyyətlərini aparacaqlarını və məktəblərdə tədrisin davam edəcəyini vurğulayıb.

Vali deyib ki, keçirilən əməliyyata görə xeyli sayda ailə şəhəri tərk etdi. Onların geri qayıtmaları üçün lazım olan tədbirlər görüldü.

İraq Məclisi keçmiş vali Nəcməddin Kərimi sentyabrın 14-də səs çoxluğu ilə vəzifədən çıxarmışdı.



Әlaqәli Xәbәrlәr