İdlib şəhərinə edilən hava hücumlarında 17 mülki şəxs həyatını itirib

Suriyanın şimalında müxalifətin nəzarətində olan İdlib şəhərinə edilən hava hücumlarında 17 mülki şəxs həyatını itirib.

811726
İdlib şəhərinə edilən hava hücumlarında 17 mülki şəxs həyatını itirib

Suriyanın şimalında müxalifətin nəzarətində olan İdlib şəhərinə edilən hava hücumlarında 17 mülki şəxs həyatını itirib.

Xan Şeyxun bölgəsi, Neyrab, Temanya, Sıkeyk, Hamidiyə, Teri, Şahyan ilə Kəfər Nəbil qəsəbəsi ilə bir neçə kənd dəfələrlə hücumlara məruz qalıb.

Əsəd rejiminin aprelin 4-də ən az 100 mülki şəxsi kimyəvi silahla öldürdüyü Xan Şeyxuna dünən səhər saatlarında edilən hücumda eyni ailədən 3 nəfər həyatını itirmişdi.

Sentyabrın 19-da başlayan hücumlarda üç xəstəxana və mülki müdafiəyə məxsus üç yardım mərkəzi də bombalanmışdı.

Döyüş təyyarələrinin kimə aid olduğu hələ də müəyyən edilə bilməyib.



Әlaqәli Xәbәrlәr