Müstəqillik referendumunun təxirə salınması müzakirə mövzusu ola bilməz

Bunu İraq Kürd Regional Rəhbərliyi bildirdi.

804457
Müstəqillik referendumunun təxirə salınması müzakirə mövzusu ola bilməz

İraq Kürd Regional Rəhbərliyi sentyabrın 25-də keçirilməsi planlaşdırılan müstəqillik referendumunun təxirə salınmasının müzakirə mövzusu olmadığını və məclisin 14 sentyabr tarixində açılacağını bildirdi.
 
İraq Kürd Regional Rəhbərliyinin başçısı Məsud Bərzani  İraq Kürd Regional Rəhbərliyinin Ali Referendum Nümayəndə Heyəti ilə toplantı keçirdi. 

 Toplantıdan sonra verilən açıqlamada referendumun təxirə salınmasının müzakirə mövzusu olmadığı və təxirə salınacağı ilə bağlı xəbərlərin doğru olmadığı bildirildi.
 
 Açıqlamada Ali Referendum Heyətində yer alan siyasi partiyalar və tərəflər arasında siyasi böhran səbəbindən 2 ildir ki, toplanmayan məclisin 14 sentyabrda açılması məsələsi ilə bağlı razılıq əldə olunduğu qeyd edildi.
 
 Bərzani iyunun 7-də siyasi partiyalarla keçirdiyi toplantıdan sonra sentyabrın 25-də müstəqillik referendumu keçirələcəyini elan etmişdi.
 
 Bu qərardan sonra Bərzaninin göstərişi ilə Ali Referendum Heyəti yaradılmış, lakin müxalifətdə olan Qoran Hərəkatı və İslamı Cəmiyyət Partiyası nümayəndə göndərməyərək  danışıqları boykot etmişdi.
 

 



Әlaqәli Xәbәrlәr