İraqda referendumla əlaqəli böhran dərinləşir

Kərkükdə Türkmənlərdən sonra Ərəblər də İraq Kürd Regional Rəhbərliyinin sentyabrın 25-də keçirməyi planlaşdırdığı referendumu tanımayacaqlarını bəyan etdi.

804978

Gündəmdə olduğu ilk gündən bəridir referendumun əleyhinə olan Türkmənlərdən sonra bölgədə yaşayan Ərəblər də öz reaksiyalarını göstərdilər.

İraq Türkmən Cəbhəsinin sədri Erşət Salehi referendumun İraqın torpaq bütövlüyünü təhlükə ilə üzləşdirəcəyinə dair xəbərdarlıq edib.

Ərəb millət vəkili Xalid əl-Muferci referendumu tanımayacaqlarını vurğulayaraq, bunu qanuniliyi olmayan qərəzli mövqe olaraq dəyərləndirdiklərini və əsassız olduğunu bildirib.

İraq Kürd Regional İdarənin rəhbəri Məsud Bərzani isə referendumun təxirə salınmayacağını bir daha dilə gətirərək böhranı bir qədər də dərinləşdirdi.

Açıqlamada Ali Referendum Heyətində yer alan siyasi partiyalar və tərəflər arasında siyasi böhran səbəbindən 2 ildir ki, toplanmayan məclisin 14 sentyabrda açılması məsələsi ilə bağlı razılıq əldə olunduğu da qeyd edildi.

Әlaqәli Xәbәrlәr