İsrail əsgərlərinin yaraladıqları 21 yaşlı fələstinli vəfat etdi
Keçən ay İsrail əsgərlərinin yaxaladıqları zaman atəş açaraq yaraladıqları fələstinli məhbus Raid əs- Salihi vəfat etdi.
800724

Fələstin Əsirlər və Sərbəst Buraxılanlar Nümayəndə Heyətinin rəhbəri İsa Karaki 21 yaşlı Raid əs- Salihinin avqust ayında İordan çayının qərbində yerləşən Beytullahim şəhərindəki Əd-Dıheyşe qaçqın düşərgəsində həbs edilərkən İsrail əsgərləri tərəfindən vurulduğunu xatırladaraq, fələstinli gəncin müalicə olunduğu Hadassa Eyn Karim xəstəxanasında vəfat etdiyini bildrirdi.
Karaki Salehinin öldürülməsinin hərbi cinayət olduğunu qeyd edərək: " İsrail Raid əs- Salihinin ölümünə görə cavabdehdir. Tutularkən atəş açılmaya bilirdi, lakin qərəzli olaraq və yaxın məsafədən silahla vuruldu. Fələstinlilərə qarşı törədilən bu növ cinayətlərlə bağlı istintaq komitələri yaradılmalıdır" dedi.