Yəməndə husilər ilə Respublika Mühafizəçiləri arasında toqquşma oldu

Yəmənin paytaxtı Sanada husilər ilə devrilmiş prezident Əli Abdullah Salehin tərəfdarı olan Respublika Mühafizəçiləri arasında çıxan qarşıdurmada 5 nəfər öldü.

797632

 Yerli mənbələrdən alınan məlumata görə, Əli Abdulla Salehin oğlu Əhmədin paytaxt Sananın Hadde Məhəlləsində yerləşən evinin önündə nəzarət məntəqəsi qurmaq istəyən husilər ilə evin təhlükəsizliyini təmin edən Respublika Mühafizəçiləri qüvvələri arasında toqquşma olub. Qarşıdurmada 7 nəfər də yaralanıb.
 
 Husilərin liderlərindən biri - Abdulməlik əl-İcri sosial mediada Sanada husilır ilə Saleh tərəfdarları arasında çıxan qarşıdurmanın nəzarət altına alındığını bildirdi.

Әlaqәli Xәbәrlәr