İraqın Tikrit şәhәrindә kütlәvi mәzar aşkar edilib

İraqının Tikrit şәhәrindә terror tәşkilatı DEAŞ tәrәfindәn öldürülәn 550 nәfәrin cәsәdi tapılıb.

785550
İraqın Tikrit şәhәrindә kütlәvi mәzar aşkar edilib

İraqının Tikrit şәhәrindә terror tәşkilatı DEAŞ tәrәfindәn öldürülәn 550 nәfәrin cәsәdi tapılıb.

Ekspertlәr  cәsәdlәrin  İraqlılara aid olduğunu açıqlayıb.

Haşdi Şabinin komandirlәrindәn Muin Kazimi bildirib ki: ‘‘Öldürülәn şәxslәrin ailәlәrinә xәbәr verdik. Cәsәdlәrin 200-nә DNT testi edilәcәk’’ deyib.  

2014-cü ilin 12 iyun tarixindә DEAŞ üzvü terrorçular Tikritdәki Spiçer hәrbi mәktәbindәki yüzlәrlә gәnc hәrbçini girov götürmüşdü vә 1700-ә yaxın әsgәri öldürmüşdü.

Mәlumata görә, hücum zamanı düşәrgәdә 4 min tәlәbә olub.

Qeyd edәk ki, Tikrit 2015-ci ildә DEAŞ-dan azad edilmişdi.



Әlaqәli Xәbәrlәr