İran ordusu mənsubu 4 əsgər öldürülüb

İranın paytaxtı Tehranın cənub ərazilərində yerləşən Hava Qüvvələrinə mǝxsus Kəhrizək atış sahəsində bir əsgər 4 nǝfǝri öldürüb.

784878
İran ordusu mənsubu 4 əsgər öldürülüb

İranın paytaxtı Tehranın cənub ərazilərində yerləşən Hava Qüvvələrinə mǝxsus Kəhrizək atış sahəsində bir əsgər 4 nǝfǝri öldürüb.

Mehr xəbər agentliyinin yaydığı məlumata görə, əsgərlərdən birinin ətrafa atəş açması nəticəsində biri mayor olmaqla, ordunun 4 əsgəri ölüb, 8-i isə yaralanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimallara görə, əsgərin sinir sisteminin yerində olmaması və ya silahın nəzarətdən çıxmış ola biləcəyi irəli sürülüb.

Ötən ay da ölkənin Qəzvin şəhərindəki Abik hərbi bölgəsində bir əsgərin atəş açması nəticəsində 3 əsgər həyatını itirmiş, 5-i də yaralanmışdı.

 



Әlaqәli Xәbәrlәr