Bəhreyn kralı Qətərə mühasirə tətbiq edənlərlə bir araya gəldi

Bəhreyn kralı Hamad İsa Xəlifə Qətərə mühasirə tətbiq edən ölkələrin Xarici İşlər nazirləriylə görüşdü.

780199
Bəhreyn kralı Qətərə mühasirə tətbiq edənlərlə bir araya gəldi

  Bəhreyn rəsmi xəbər agentliyi BNA-da yazılan məlumata görə, Bəhreyn kralı Xəlifə Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cubeyr, Misir Xarici İşlər naziri Samih Şükri, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər naziri Abdulla Zayid Nahyan və Bəhreyn Xarici İşlər naziri Xalid Əhmədi qəbul edib. Görüşdə regional və beynəlxalq proseslər müzakirə olunub.

  Bəhreyn kralı sözü gedən dörd ölkənin terror və ekstremizmlə mübarizə, ortaq əməkdaşlıq, radikal dini təşkilatlara dəstək və maliyyənin qarşısının alınması, bölgədə təhlükəsizlik və sülhün təsis edilməsi, ərəb milli təhlükəsizliyinin qorunmasına səylərindən danışıb.

  Qətərə mühasirə tətbiq edən Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreynin Xarici İşlər nazirləri 5 iyulda paytaxt Qahirədə etdikləri yığıncaqdan sonra ikinci dəfədir Bəhreynin paytaxtı Manamada görüşürlər.



Әlaqәli Xәbәrlәr