Məscidi- Əqsada gərgin cümə namazı

İsrail polisinin Məscidi-Əqsaya girişlərə yaş məhdudiyyəti qoyması iki həftədən sonra Hərəmi Şərifdə cümə namazı qılmaq istəyən fələstinli müsəlmanlar üçün böyük maneəyə çevrildi.

779770
Məscidi- Əqsada gərgin cümə namazı

İsrail polisinin Məscidi-Əqsaya girişlərə yaş məhdudiyyəti qoyması iki həftədən sonra Hərəmi Şərifdə cümə namazı qılmaq istəyən fələstinli müsəlmanlar üçün böyük maneəyə çevrildi.
 
 Məscidi - Əqsanın yerləşdiyi Qədim Şəhər bölgəsinin ətrafında nəzarət məntəqələri yaradan  İsrail polisi yaşı 50-dən az olan müsəlman kişilərin məscidə girişinə icazə vermədi.
 
 Qadınların və 50 yaşdan böyük olan fələstinlilərin  Məscidi - Əqsaya keçidi nəzarət məntəqələrində şəxsiyyətlərinin yoxlanışından sonra mümkün oldu.
 
  Məscidi-Əqsaya girməyə icazə verilməyən müsəlmanlar cümə namazını Aslanlı, Dəməşq və Sahire qapılarının yaxınlığındakı təhlükəsizlik məntəqələrinin qarşısında qıldılar.

Cümə namazından sonra İsrail polisinə qarşı şüarlar səsləndirildi.
 
 Təhlükəsizlik qüvvələri Məscidi-Əqsanın ətrafında toplaşan camaatı bibər qazı və plastik güllə ilə dağıtmağa çalışdı. 
 
İki nəfərin həqiqi, onlarla adamın plastik güllə ilə yaralandığı, onlarla şəxsin də qazdan təsirlənərək boğulma təhlükəsi keçirdiyi, yaralananların xəstəxanalara yerləşdirildiyi bildirilir. 


 Şahidlərin verdiyi məlumata görə, hadisələr zamanı 4 fələstinli İsrail əsgərləri tərəfindən nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr