Azərbaycanlı millət vəkili İran Xarici İşlər Nazirliyinə etıraz bildirdi

İranın Azərbaycan əyaləti Urmiya üzrə millət vəkili Ruhulla Həzrətpur ölkənin Xarici İşlər Nazirliyinə Ermənistanın Qarabağ müsəlmanlarına qarşı cinayətlər törətməkdə qərarlı olduğu və İranın buna səssiz qalmasıyla əlaqədar etiraz məktubu göndərib.

767392
Azərbaycanlı millət vəkili İran Xarici İşlər Nazirliyinə etıraz bildirdi

  İran mediasında yer alan xəbərlərə görə,

R.Həzrətpur ölkənin Xarici İşlər naziri Cavad Zərifə xitab olaraq qələmə aldığı məktubda yazır: “İran Xarici İşlər Nazirliyi Ermənistanın törətdiyi cinayətlər və Qarabağ müsəlmanlarını qətl etməsi qarşısında susduğu və Ermənistanı xəbrdarlıq etmədiyi üçün bu münasibəti qınayırıq. Bu cinayətlər qarşısında səssiz qalmaq İran Xarici İşlər Nazirliyi və hörmətli Cavad Zərifin parlaq mövqeyinə ləkə sürtür."  

  Məktub İran Məclisinin dünənki (09.07.2017) açıq iclasında oxunub.

  Qeyd edək ki, İran Ermənistanla, başda təbii qaz və neft olmaqla, enerji sahələrində iş birliyi, tranzit nəqliyyat və digər ikitərəfli razılaşmalar əsasında sıx yaxınlıq şəraitində əməkdaşlıq edir.



Әlaqәli Xәbәrlәr