Sel fəlakətində  həyatını  itirənlərin sayı 16-a çatıb

Dünyanın böyük bir hissəsi isti və quraqlıq ilə mübarizə edərkən, Çin də güçlü yağışların yağması nəticəsində sel fəlakətinə məruz qalıb.

764070
Sel fəlakətində  həyatını  itirənlərin sayı 16-a çatıb

Çində baş verən daşqınlar nəticəsində 600 ev suların altında qalıb. 6 min 500-dən çox ev isə  yıxılıb.

Məlumata görə ölkədə güçlü yağışlar davam edir. Daşqınlar səbəbiylə təxminən 100 min nəfər evini tərk etmək məcburiyyətində qalıb.

Digər tərəfdən ölkədə 60-a yaxın çayda su səviyyəsi təhlükə sərhəddinə çatarkən, fəlakətin yaratdığı zərərin 428 milyon dollar olduğu bildirilir.

 

 

 



Әlaqәli Xәbәrlәr