Suriyada 6 ayda 59 səhiyyə təşkilatı hücuma məruz qaldı

BMT Suriyada 6 ayda 59 səhiyyə təşkilatının hücuma məruz qaldığını bildirib.

761021
Suriyada 6 ayda 59 səhiyyə təşkilatı hücuma məruz qaldı

BMT Suriyada 6 ayda 59 səhiyyə təşkilatının hücuma məruz qaldığını bildirib.

BMT Baş katibinin sözçüsü Stephane Dujarric gündəlik mətbuat konfransında verdiyi bəyanatda deyib ki, Suriyada vətəndaşlara və qeyri-hökümət təşkilatlarına hücumların davam etməsindən narahatıq.

İdlib vilayətində sadəcə keçən həftə dinc vətəndaşlara istiqamətli əl istehsalı olan partlayıcılarla ən azı 8 hücum olduğunu bildirən Dujarric 24 iyunda Dana qəsəbəsində xalq bazarındakı hücumda aralarında qadın və uşaqların da olduğu 10 adamın öldüyünü ifadə edib.

Dinc vətəndaşlara və qeyri-hökumət təşkilatlarına məxsus binalara istiqamətli hücumları sərt şəkildə qınadıqlarını söyləyən Dujarric bildirib ki, ilin əvvəlindən bəridir Suriyada 59 səhiyyə təşkilatına edilən hücumlarda 15 tibb işçisi həyatını itirdi.

Dujarric keçən il Suriyada səhiyyə təşkilatlarına istiqamətli ümumi olaraq 136 hücum olduğunu və bunun nəticəsində 31 tibb işçisinin öldüyünü qeyd edib.



Әlaqәli Xәbәrlәr