Sergey Lavrov:"Suriya ərazisindəki bütün fəaliyyətlər Suriya ilə razılaşdırılmalıdır"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarını Suriya ilə razılaşdırılmayan birtərəfli fəaliyyətlərdən uzaq durmağa çağırdı.

755380
Sergey Lavrov:"Suriya ərazisindəki bütün fəaliyyətlər Suriya ilə razılaşdırılmalıdır"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın rəhbərliyi altında olan koalisiya qüvvələrinin Rakkada Suriya ordusuna aid təyyarəni vurması ilə əlaqədar açıqlama verdi.

Çinin paytaxtı Pekində BRİCS (Braziliya, Rusya, Hindistan, Çin ve Cənubi Afrika) ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində təşkil olanan mətbuat toplantısında danışan Lavrov: "Suriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət göstərilməlidir. Suriya torpaqlarındakı hər hansı bir fəaliyyət Dəməşq ilə razılaşdırılmalıdır" ifadələrini işlətdi.

Rusiya, İran və Türkiyənin Astana danışıqları çərçivəsində təklif və təşəbbüslərini Suriya hökuməti ilə razılaşdırdıqlarını vurğulayan Lavrov:"Bütün tərəflər bu şəkildə hərəkət etməlidir. Suriyadakı təhlükəsizlik bölgələri məslə ilə bağlı əldə olunan irəliləyişlərdən biridir. ABŞ -ı və Suriyada hərbi qüvvələri, və ya məsləhətçisi olan bütün tərəfləri fəaliyyətlərini koordinasiya etməyə çağırırıq" dedi.

 

 



Әlaqәli Xәbәrlәr