Yəməndə 1028 nəfər vəbadan öldü

Dünya Səhiyyə Təşkilatı Yəməndəki vəba virusundan həyatını itirənlərin sayının 1028-ə yüksəldiyini bildirdi.

754474
Yəməndə 1028 nəfər vəbadan öldü

Dünya Səhiyyə Təşkilatı Yəməndə vəba virusundan ölənlərin sayı barədə məlumat yaydı.

Məlumatda aprelin 27-dən bu yana Yəmənin 20 vilayətində yayılan epidemiya nəticəsində ölənlərin sayının 1028-ə yüksəldiyi bildirilir.
 
Məlumatda ölkədə 140 mindən çox şəxsdə  vəba virusuna yoluxma şübhəsi olduğu, virusun paytaxt Sana ilə yanaşı, Hudeydə, Amran və Haccə vilayətlərində sürətlə yayıldığı qeyd olunur.
 
 Yəməndə iki ildən artıq davam edən münaqişələr səbəbindən ölkə daxilində evlərini tərk etmiş təxminən 3 milyon insan təmiz içməli suyun olmaması və tullantıların toplanmaması nəticəsində hər gün vəbaya yoluxma riski ilə qarşılaşır.



Әlaqәli Xәbәrlәr