Çin Dövlət Başçısı Şi Cinpinq, Qazaxıstanda rəsmi səfədə olub

Çin Dövlət Başçısı Şi Cinpinq həmkarı ilə keçirdiyi görüşdə iki ölkə arasındakı iqtisadi, investisiya, mədəniyyət, texnologiya və təhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

749493
Çin Dövlət Başçısı Şi Cinpinq, Qazaxıstanda rəsmi səfədə olub

Qazaxıstana səfəri zamanı Prezident Nursultan Nazarbayev tərəfindən rəsmi mərasimlə qarşılanan Çin Dövlət Başçısı Şi Cinpinq həmkarı ilə keçirdiyi görüşdə iki ölkə arasındakı iqtisadi, investisiya, mədəniyyət, texnologiya və təhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

Prezident Nazarbayev görüşdən sonra verdiyi açıqlamada, Qazaxıstan-Çin əlaqələrinin nümunə təşkil etdiyini ifadə edərək: “Bizim aramızda həll edilməyən problem yoxdur. Çin, Qazaxıstanın əhəmiyyətli iqtisadi tərəfdaşıdır. Bu günə qədər Qazaxıstan vasitəsilə Çinə 100 milyon tondan çox neft və 180 milyard kubmetr təbii qaz çatdırılıb. Ölkələrimiz arasındakı ticarət həcmi,  46%, artıb. Çinin "İpək Yolu" proyektinə güçlü dəstək veririk. Bu layihəyə imza atdıqdan sonra Çin sərhədindən Xəzər dənizinə qədər dəmir yolu çəkdik. Çin sərhədindəki Horqos limanı ilə Almatı şəhərini bir-birinə bağlayaraq, Orta Asiya və Qazaxıstanın Çin ilə əməkdaşlığına  imkan yaradıldı”.

Çin Dövlət naziri Cinpinq də, İpək yolu layihəsinə verdiyi dəstək səbəbindən minnətdarlığını ifadə edərək: Çin ilə Qazaxıstan arasında bütün sahələrdə güçlü əlaqələrin olması, iki ölkə arasındakı strateji tərəfdaşlığın göstəricisidir” deyə vurğulayıb.

Qeyd  edQazaxıstan-Çin İş Şurası konfransında, iki ölkə arasında 8 milyard dollarlıq 20 müqavilə imzalanıb.



Әlaqәli Xәbәrlәr