Əsəd rejiminə sadiq qüvvələrin Lazkiyəyə raket hücumu

Suriyada Bəşər Əsəd rejimi Lazkiyə ərazilərində yerləşən Türkməndağı və Cebel Ekraddakı kəndlərə top və raketlərlə hücum edib.

744221
Əsəd rejiminə sadiq qüvvələrin Lazkiyəyə raket hücumu

Suriyada Bəşər Əsəd rejimi Lazkiyə ərazilərində yerləşən Türkməndağı və Cebel Ekraddakı kəndlərə top və raketlərlə hücum edib.

Yerli mənbələrin məlumatına əsasən, rejim qüvvələri ötən gün axşam radələrindən etibarən müxalifətin nəzarətindəki kəndləri top atəşinə tutub.

Türkməndağında Zeytinçik, Kələz və Karaman kəndləri ilə Cebel Ekraddakı Kibbani və Bədəmə kəndinin hədəf götürüldüyü hücumlarda xəsarət alanların olduğu bildirilib.

Bölgəyə istiqamətli hücumlar davam edərkən, partlayış səsləri Türkiyənin Suriya ilə sərhədinə yaxın Hatay vilayətinin Yayladağı qəsəbəsində də eşidilib.

Əsəd rejiminin 3 gün əvvəl Türkməndağına etdiyi hücumlarda 1 nəfər həlak ölmüş, 3 nəfər də xəsarət almışdı.



Әlaqәli Xәbәrlәr