Pentaqon PYD/YPG-yə  silah-sursat və nəqliyyat vasitələri verdi

Pentaqon sözçüsü Mayor Adrian Rankine Galloway bunu təsdiq etdi.

742514
Pentaqon PYD/YPG-yə  silah-sursat və nəqliyyat vasitələri verdi

Pentaqon separatçı terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD/YPG-yə  silah-sursat və nəqliyyat vasitələri verdiklərini bildirdi.
 
 Pentaqon sözçüsü Mayor Adrian Rankine Galloway bunu təsdiq etdi, lakin silahların tipləri və nəqliyyat vasitələrinin miqdarları ilə bağlı məlumat vermədi.
 
 ABŞ prezidenti Donald Trump bu ayın əvvəlində Pentaqona Rakka əməliyyatı çərçivəsində PYD/PKK-ya silah və avadanlıq verməsi barədə tapşırıq vermişdi.
 
 Pentaqondan daha əvvəl verilən açıqlamada sözügedən silah və avadanlığın kiçik silahlar, zirehli və bomba yüklü vasitələrə qarşı silah sistemləri, zirehli maşınlar, rabitə və maddi-texniki dəstək materiallarından ibarət olduğunu bildirmişdi.
 
 ABŞ-ın DEAŞ ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurk isə  Rakka əməliyyatının bu yaxınlarda başlayacağını dedi.
 
 McGurk Rakkaya 2 kilometr yaxınlaşdıqlarını və  DEAŞ-ın 4 kvadrat kilometrllik  bir sahəyə sıxışdırıldığını qeyd etdi.



Әlaqәli Xәbәrlәr