Türkiyə, Gürcüstan və Azərbaycan ortaq hərbi təlimlərə başlayır

Gürcüstan Müdafiə naziri Levan İzoriya iki həftə sonra Türkiyə, Gürcüstan və Azərbaycan xüsusi qüvvələrinin ortaq hərbi təlimlər keçirəcəyini söyləyib.

737751
Türkiyə, Gürcüstan və Azərbaycan ortaq hərbi təlimlərə başlayır

  Gürcüstanın Batum şəhərində təşkil edilən Türkiyə-Gürcüstan-Azərbaycan Müdafiə Nazirləri V Toplantısından sonra ortaq mətbuat konfransında üç ölkənin müdafiə sahəsindəki iş birliyinin müsbət istiqamətdə inkişaf etdiyini bildirən L.İzoriya deyib: “Üç ölkənin müdafiə nazirlərinin bu il 5-ci dəfə bir araya gəlməsindən böyük məmnuniyyət duyuram. Son dərəcə müsbət auralı bir yığıncaq oldu. İki həftə sonra Gürcüstanın ev sahibliyilə Türkiyə, Gürcüstan və Azərbaycan xüsusi qüvvələri ortaq hərbi manevr təşkil edəcək. Sentyabr ayında isə ortaq kompüter təlimləri olacaq. Qarşıda bu təlimləri daha da inkişaf etdirmək və genişləndirməyi düşünürük. Ölkələrarası müdafiə iş birliyi Türkiyə, Gürcüstan və Azərbaycan xalqının əmin yaşaması və ölkələrin iqtisadi inkişafı üçün son dərəcə əhəmiyyətlidir.”

  Azərbaycan Müdafiə naziri general-leytenant Zakir Həsənov üçlü sammitə ev sahibliyi etdiyi üçün Gürcüstan tərəfinə təşəkkürünü bildirdi, üç ölkənin müdafiə nazirləri olaraq təhlükəsizlik sahəsində əhəmiyyətli mövzuların müzakirə edildiyini bildirdi.    



Әlaqәli Xәbәrlәr