Yunanıstan parlamentinin deputatları Afinada müsəlman qəbiristanlığının inşa edilməsini tələb etdi

Yunanıstanda iqtidarın böyük ortağı SYRİZA-dan olan 34 deputat,paytaxt Afinada müsəlman qəbiristanlığı inşa edilməsini tələb etdi.

736070
Yunanıstan parlamentinin deputatları Afinada müsəlman qəbiristanlığının inşa edilməsini tələb etdi

Yunanıstanda iqtidarın böyük ortağı SYRİZA-dan olan 34 deputat,paytaxt Afinada müsəlman qəbiristanlığı inşa edilməsini tələb etdi.
 
 Aralarında SYRİZA-dan Gümülcine millət vəkili Mustafa Mustafa və İskeçe millət vəkili Hüseyn Zeybəkin də olduğu millət vəkillərinin səlahiyyətli nazirliklər tərəfindən cavablandırılması tələbi ilə parlamentə təqdim etdiyi təklifdə  paytaxt Afinanın da yerləşdiyi Attiki bölgəsində müxtəlif ölkələrdən gələn çox sayda müsəlman əhalinin olduğu və müsəlman qəbiristanlığına ehtiyac olduğu qeyd edilir.
 
 Təklifdə Afinanın müsəlmanlar üçün qəbiristanlıq olmayan yeganə Avropa  paytaxtı olduğu deyilir,  müsəlmanların cənazələrini dəfn etmək üçün böyük maddi çətinliklər müqabilində ölkələrinə, və ya yüzlərlə kilometr uzaqlıqdakı müsəlman Türk azlığının yaşadığı Qərbi Frakiya bölgəsinə apardıqları vurğulanır.
 
Cənazələrin qaçqınlara aid olması halında vəziyyətin daha da çətinləşdiyini ifadə edən SYRİZA  millət vəkilləri Afinada müsəlmanların ehtiyaclarının ödənilməsi üçün qəbiristanlıq, ya da mövcud olan məzarlıqlarda müsəlmanlara aid hissə yaradılması məsələsində hökumətin qanuni tənzimləmə edib-etməyəcəyini soruşdular.
 
Təklifi təqdim edən millət vəkilləri müvafiq nazirliklərdən  Afinada müsəlman qəbiristanlığının inşası üçün San Sinod tərəfindən təsis edilən 20 hektar ərazi və Selanikdə Evosmo bölgəsində müsəlman qəbiristanlığı inşası ilə bağlı layihələrin nə üçün həyata keçirilmədiyi barədə parlamentin məlumatlandırmasını da tələb etdilər.
 
Yunanıstan kilsəsinin ən ali qərar orqanı olan San Sinod hökumətin tələbi ilə ötən il paytaxt Afinada özünə aid bir sahədə müsəlman qəbiristanlığı üçün 20 hektar sahənin ayrılması barədə qərar qəbul etmişdi.
 
 Yunan orqanlarının verdiyi məlumatda Selanikdə Evosmo bölgəsində də müsəlmanlar üçün qəbiristanlıq tikintisi ilə əlaqədar işlərin başlanıldığı bildirilmişdi.



Әlaqәli Xәbәrlәr