D. Medvedev İstanbulda mayın 22-də təşkil ediləcək yığıncaqda iştirak edəcək

Rusiya Baş Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, yığıncaqda iştirak edəcək Rusiya heyətinə Medvedev başçılıq edəcək.

733357
D. Medvedev İstanbulda mayın 22-də təşkil ediləcək yığıncaqda iştirak edəcək

Rusiyanın baş naziri Dmitriy Medvedev İstanbulda mayın 22-də təşkil ediləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 25-ci ildönümündə dövlət və hökumət rəhbərlərinin zirvə yığıncağında iştirak edəcək.

Rusiya Baş Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, yığıncaqda iştirak edəcək Rusiya heyətinə Medvedev başçılıq edəcək.

Yığıncağın gündəmini isə, üzv ölkələr arasında sərhəddən kənar şose yol, dəniz və enerji sahəsindəki əsas işlər başda olmaqla əməkdaşlığın gücləndirilməsi mövzuları təşkil edəcək.

Yığıncaqda həmçinin bərpa oluna bilən enerji, yaşıl texnologiya, kiçik və orta irilikdəki iş yərlərinin inkişaf etdirilməsi, məhəlli idarələr və bölgə ölkələrinin ixracat həcminin artırılması kimi mövzularda müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr