“Türkiyənin İranla sərhədə divar çəkməsini müsbət qarşılayırıq”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasımi Tehranda təşkil etdiyi mətbuat konfransında Türkiyənin İran sərhədinə çəkməyi planlaşdırdığı divarla əlaqəli açıqlama verib.

732562
“Türkiyənin İranla sərhədə divar çəkməsini müsbət qarşılayırıq”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasımi Tehranda təşkil etdiyi mətbuat konfransında Türkiyənin İran sərhədinə çəkməyi planlaşdırdığı divarla əlaqəli suala cavabən deyib ki, iki ölkə arasındakı sərhədi daha təhlükəsiz hala gətirəcək hər cür cəhdi alqışlayırıq.

Onun sözlərinə görə, Türkiyə tərəfi sərhəddə divar çəkilməsini İranla müzakirə edib: “Divar-sərhəd sıfır nöqtəsində tikilməyəcək. Bu divar Türkiyə torpaqlarında inşa ediləcək. Biz sərhəddə təhlükəsizlik və sabitliyin yaranması üçün hər cür fəaliyyəti müsbət qarşılayırıq. Hər halda, sərhədlərin təhlükəsizliyi, həm bizim üçün, həm də türklər üçün əhəmiyyətli bir mövzudur və iki ölkə bu məqsəd üçün lazımlı addımları atmalıdır”.

Türkiyənin Milli Müdafiə Naziri Fikri İşıq keçən həftə yaydığı bəyanatda sərhədə divar çəkilməsinin İrana qarşı bir hərəkət deyil, bölgə xalqı və sərhəd təhlükəsizliyi üçün vacib addım olduğunu vurğulamışdı.

Qeyd edək ki, Türkiyə ilə İran arasında sərhədin uzunluğu 560 km-dir.



Әlaqәli Xәbәrlәr