Türkiyə İran sərhədinə divar hörəcək

Türkiyə hakimiyyəti PKK terror təşkilatı ilə mübarizəyə yönəlmiş tədbirlər çərçivəsində Türkiyə-İran sərhədi boyu 70 km uzunluğunda divar hörməyi planlaşdırır.

730167
Türkiyə İran sərhədinə divar hörəcək

  Türkiyənin Milli Müdafiə naziri Fikri İşık 13-cü Beynəlxalq Müdafiə Sənaye Sərgisində etdiyi çıxışında: "İran sərhədində divar hörülməsi mövzusu Daxili İşlər Nazirliyimizin səlahiyyətindədir. Bölgədən ərazilərimizə qeyri-leqal keçid və sızmaların olduğunu bilirik. Türkiyə bunların qarşısını ala bilmək üçün lazımi tədbirləri görmə haqqına malikdir. Belə bir layihə həyata keçirilərsə, iki ölkə arasında etibar da güclənər”, - deyə deyib.



Әlaqәli Xәbәrlәr