DEAŞ liderlərindən Abdul Hasib öldürülüb

Terror təşkilatı DEAŞ-ın Əfqanıstan üzrə lideri Abdul Hasib, Nangarhar vilayətində öldürülüb.

727645
DEAŞ  liderlərindən Abdul Hasib öldürülüb

Əfqanısta prezident administrasiyasının mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, Hasib, Əfqan xüsusi təyinatlıların 10 gün əvvəl həyata keçirdikləri əməliyyat zamanı öldürülüb.

Açıqlamada, Hasibin Mart ayında paytaxt Kabildə bir hərbi xəstəxananın hədəf götürüldüyü hücumdan məsul olduğuna diqqət çəkilib.

Ölkə daxilində terror təşkilatlarına istiqamətli əməliyyatların davam etdiyi ifadə edilən şərhdə, əməliyyatlarda yüzlərlə terrorçunun zərərsizləşdirildiyi, Əfqanıstanda heç bir terror qrupunun xain hədəfinə nail ola bilməyəcəyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr