Hücum qınandı, etiraf edən isə olmadı

"Rejim Xan Seyhun və Gutada törətdiyi qırğınları ört-basdır etmək istəyir".

713485
Hücum qınandı, etiraf edən isə olmadı

  Suriyalı hərbi müxalifəti İdlib vilayətində Fua və Kefreyadan azad edilən mülki və hərbi adamlarının olduğu maşınına təşkil edilən hücumu qınayıb.

  Fua və Kefreya hərbi müxalif qruplardan Ahraruş Şam yazılı şərhində bildirir: “Saat təxminən 16.00-da Fua və Kefreyadan çıxan hərbçilərlə dolu yük maşınına hücum təşkil edilib. Təhlükəsizliyimizi qoruyan çox sayda əsgər həyatını itirdi. Bu hərəkəti qınayırıq. Bu hücum dinimizin bizə öyrətdiyi əhdə vəfaya tərsdir. Bu hərəkət rejimin məzhəb maraqlarına xidmət edir. Beləliklə, rejim Xan Seyhun və Gutada törətdiyi qırğınları ört-basdır etmək istəyir."

  Suriya Müxalifət və İnqilabçı Qüvvələr Milli Koalisiyası (SMDK) da “Twitter” üzərindən bu sözləri paylaşıb: "Raşidində Fua və Kefreya sakinlərini, müxalifəti və tibbi qrupları hədəfə alan terror hücumunu şiddətlə qınayırıq."

  Birləşmiş Millətlər Təşkilatı da Suriyadakı bu hücumu qınayıb.

  Fua və Kefreyalı vətəndaşlar və hərbi müxalifətin 100-dən çox adamının  öldüyü hücumu boynuna götürən olmayıb.



Әlaqәli Xәbәrlәr