Lavro, ABŞ-nın Suriyaya hücumunu pisləyib

ABŞ dövlət katibi Rex Tillerson Moskvaya səfəri çərçivəsində həmkarı Sergey Lavrov ilə bir araya gəlib.

711022
Lavro, ABŞ-nın Suriyaya hücumunu pisləyib

Rusiya xarici işlər naziri Lavrov, Tillerson ilə görüşdükdən sonra mətbuata verdiyi açıqlamada ABŞ-ın 7 Apreldə Suriyaya təşkil etdiyi aviahücumun beynəlxalq hüquq pozuntusu olduğunu bildirib. Belə bir hücumun tekrar olmamasının əhəmiyyət kəsb etdiyini vurğulayıb. Danışıqlar zamanı Terrora qarşı geniş bir koalisiya yaradılması mövzusunun müzakirə edildiyini, ABŞ-la quruluşçu bir dialoq yaradmaq, terrorizmə qarşı kollektiv addımlar atılmasını istədiklərini ifadə etdiyini bildirib.

ABŞ dövlət departamentinin rəhbəri Tillerson da, baş tutan görüşün, Rusiya və ABŞ arasındakı fikir fərqlilikləri olmasının səbəblərini idrak etməkvə bu fərqlilikləri aradan qaldırmağın yolunu tapmaq üçün əhəmiyyət kəsb etdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr