Rusiyada müxalifətçilər tutulur

Sosial media üzərindən təşkil olunan qrup Moskvanın mərkəzində Triumfalnaya meydanında toplanıb.

704127
Rusiyada müxalifətçilər tutulur

  Rusiyanın paytaxtı Moskvada nümayiş təşkil etmək istəyən qrupa müdaxilə edən polis təxminən 50 adamı nəzarətə götürüb.

  Sosial media üzərindən təşkil olunan qrup Moskvanın mərkəzində Triumfalnaya meydanında toplanıb.

  Polisin “dağılın” çağırışına əhəmiyyət verməyən 30 nəfər ictimai asayişi pozma səbəbindən nəzarətə alınıb.

  Eyni saatlarda Manej meydanında toplanmaq istəyən kiçik bir qrupa da icazə verilməyib və etiraz edən 10 adam polisə aparılıb.

  Qeyd edək ki, Baş nazir Dmitri Medvedev haqqında 26 martda vəzifəsindən sui-istifadə maddələrinin dərc olunduğu hesabatdan sonra Moskva və Sankt Peterburq başda olmaqla bir çox şəhərdə nümayişlər təşkil edilir. Polislə etirazçılar arasında münaqişə yaşanır. Bu günə qədər aralarında müxalifət lideri Aleksey Navalnının də olduğu 500-dən çox nümayişçi nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr