Kərkük bayrağının asılmamasıyla bağlı təlimat

İraq hökuməti Kərkük Valiliyi və Məclisinə şəhərdə yalnız İraq bayrağının asılmasıyla bağlı rəsmi təlimat göndərib.

700787
Kərkük bayrağının asılmamasıyla bağlı təlimat

  İraq Baş Nazirliyinin Bölgələrarası Koordinasiya Ali Qurumu tərəfindən göndərilən fərmanda bildirilir: "Kərkük və mübahisəli bölgələrdə izlənən siyasət İraqın 2005-ci il konstitusiyasının 140-cı maddəsinə uyğun təyin olunmuşdur. Bu vəziyyət hələ qurtarılmayan Kərkükün federal hökumət və anti-mərkəz rəhbərliyinə aiddir. Kərkükdə yalnız İraq bayrağı asılmalıdır. Yanında başqa bayraq asma səlahiyyəti isə Kərkük Vilayət Məclisində deyil, federal və mərkəzi rəhbərlikdədir.”

  Qeyd edək ki, əvvəlki İraq prezidenti Cəlal Talabaninin rəhbərliyi dövründə Kürdüstan Vətənpərvər Birliyinin (KYB) üzvü olan vali Nəcməddin Kərim Kərkük Bölgə Məclisinə yazı göndərərək Novruz bayramı zamanı bütün ictimai qurum və binalarda İraq bayrağı ilə yanaşı IKBY bayrağının da asılması təlimatını vermişdi.



Әlaqәli Xәbәrlәr