Staffan De Mistura Suriyada siyasi keçid müzakirələrinə dair sənədi təqdim etdi

Anadolu Xəbər Agentliyi Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan De Misturanın Əsəd rejiminin və müxalifətin nümayəndə heyətlərinə təqdim etdiyi siyasi keçid müzakirələrinə dair sənədin məzmununu əldə etdi.

699522
Staffan De Mistura Suriyada siyasi keçid müzakirələrinə dair sənədi təqdim etdi

Anadolu Xəbər Agentliyi Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan De Misturanın İsveçrənin Cenevrə şəhərində keçirilən Suriya danışıqlarında Bəşər Əsəd rejiminin və müxalifətin nümayəndə heyətlərinə təqdim etdiyi siyasi keçid müzakirələrinə dair sənədin məzmununu əldə etdi.
 
 Agentliyin BMT mənbələrindən əldə etdiyi sənədə görə, müzakirələr "idarəetmə məsələləri", "konstitusiya prosesinə dair məsələlər", "seçki məsələləri" və əlavə olaraq, "terrorla mübarizə, təhlükəsizlik və etibar yaradan tədbirlər" olmaqla 4 başlıqda aparılacaq.
 
 "İdarəetmə məsələləri" başlığı altında "etibarlı, məzhəb təəssübü çəkməyən, dövlət orqanları və xidmətlərinin sabitliyini təmin edən, insan haqlarını qoruyan" bir idarəetmə sisteminin yaradılması nəzərdə tutulur.
 
Eyni zamanda, əhatəli, səlahiyyətli, şəffaf konstitusiyanın yaradılacağına dair məlumat olan sənəddə konstitusiyanın xalq səsverməsinə təqdim etməzdən əvvəl xalqla məsləhət ediləcəyi bildirilir.

Sənəddə keçiriləcək ilkin səsvermənin konstitusiyaya dair ümumxalq səsverməsi olub -olmayacağının da müzakirəyə çıxarılacağı qeyd edilir.
 
 Başqa ölkələrə miqrasiya edən və ölkə içində köçkün vəziyyətə düşən suriyalıların da seçkidə iştirakı təmin ediləcək.
 
 Digər tərəfdən, "mütəşəkkil və qeyri-mütəşəkkil silahlı birliklərin birləşdirilməsi" və "xarici döyüşçülərin vəziyyəti" məsələləri də müzakirə ediləcək.
 
 Martın 23-də başlayan Cenevrə 5 danışıqlarının aprelin 1-dək  davam etməsi nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr