Liderlər aprelin 2-də şam yeməyində bir araya gələcəklər

Kıbrıs məsələsinə daimi həll yolu tapmaq üçün keçirilən müzakirələrin yenidən başlaması uğrunda göstərilən cəhdlər davam edir.

699991
Liderlər aprelin 2-də şam yeməyində bir araya gələcəklər

Kıbrıs məsələsinə daimi həll yolu tapmaq üçün keçirilən müzakirələrin yenidən başlaması uğrunda göstərilən cəhdlər davam edir.

Cənubi Kıbrıs Rum Məclisində Adanın Yunanıstana bağlanmasını nəzərdə tutan “Enosis”i qeyd etmə qərarının ləğvinə dair atılan addımlardan sonra liderlər aprelin 2-də şam yeməyində bir araya gələcək.

BMT-nin Kıbrıs üzrə Xüsusi Nümayəndəliyinin bəyanatına görə, liderlər aprelin 2-də BMT Baş katibinin Kıbrıs üzrə müşaviri Espen Barth Eidenin ev sahibliyində bazar günü şam yeməyində bir araya gələcək.

Rum Məclisinin “Enosis” (Adanın Yunanıstana ilhaqı) qərarını ləğv etmək istiqamətində ilk addımı atmasından sonra Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Rum lider Nikos Anastasiadis ilə sosial məzmunlu bir tədbirdə bir yerə gələ biləcəyini BMT səlahiyyətlilərinə çatdırmışdı.

Rum Nümayəndələr Məclisi Kıbrısın Yunanıstana bağlanması üçün 1950-ci ildə keçirilən referendumun ildönümünün dövlət məktəblərində anma günü olaraq qeyd edilməsilə əlaqəli olaraq  layihəni qanun kimi mənimsəmişdi.

Qərara böyük reaksiya göstərib ləğvini istəyən Türk tərəfinə Rum liderin cavabı masanı tərk etmək olduqda isə, müzakirələr 16 fevralda dayanmışdı.



Әlaqәli Xәbәrlәr