İraqda 43 nəfər səhvən öldürülüb

İraqın Mosul şəhərinin qərbində sutka ərzində terror təşkilatı DEAŞ-a istiqamətli həyata keçirilən hava hücumlarında 43 nəfər səhvən öldürülüb.

697328
İraqda 43 nəfər səhvən öldürülüb

Avia hücumlar nəticəsində həyatını itirənlərin arasında uşaq, qadın və yaşlılar da var.

Təcili Müdaxilə Birləşmələr tərkibində vəzifə icra edən Kapitan Əhməd əl-Hazraci, Anadolu Agentliyi (AA) müxbirinə verdiyi açıqlamada, 43 nəfər dinç sakinin ölümü ilə nəticələnən hücumların koalisiya qüvvələri tərəfindən həyata keçirildiyini bildirib.

Hazraci, Mosulun qərb ərazilərini terror təşkilatı DEAŞ-dan təmizləmək məqsədiylə qurudan və havadan həyata keçirilən əməliyyatlarda dinç sakinləin səhvən vurulduğunu ifadə edərək: “ Bu hadisələrin qarşısını ala bilmək üçün Mosulun terror təşkilatı DEAŞ-dan xilas edilməsi əməliyyatında iştirak edən komandirlərin qatılacağı təhlükəsizlik konfransı təşkil ediləcək. Tədbirdə təşkilata qarşı mübarizə yolları və dinç sakinlərin müdafiəsinə dair mövzular müzakirə ediləcək”.



Әlaqәli Xәbәrlәr