Suriya müxalifəti Türkiyə və Rusiyaya atəşkəs pozuntularına dair məlumat verəcək

Suriyada sülhün təmin edilməsi üçün Qazaxıstanın paytaxtı Astanada keçirilən danışıqların üçüncü turuna ötən gün start verildi.

691500
Suriya müxalifəti Türkiyə və Rusiyaya atəşkəs pozuntularına dair məlumat verəcək

Suriyada sülhün təmin edilməsi üçün Qazaxıstanın paytaxtı Astanada keçirilən danışıqların üçüncü turuna ötən gün start verildi.

Rusiyanın Suriya rejiminə hava bombardmanını dayandırması barədə kifayət səviyyədə təzyiq etmədiyini düşünən müxalifət qərarını dəyişərək  müzakirələrə qatılacağını bəyan edib.

Müxalifətin hərbi texniki heyəti bugün Astanaya yola düşəcəyini açıqlayıb.

Sabah görüşlərdə iştirak edəcək qrup Türkiyə və Rusiyaya atəşkəs pozuntularına dair məlumat verəcək.

Astanada keçirilən Suriya danışıqlarında Türkiyə heyətinə Xarici İşlər Nazirliyindən katib müavini Sədat Önal başçılıq edir.

Qeyd edək ki, Türkiyə ilə Rusiyanın zəmanətində təmin edilən atəşkəs qərarı dekabrın 30-da qüvvəyə minmişdi.

Əsəd rejimi qüvvələrinin atəşkəs qərarını pozmaları nəticəsində Astanada 23-24 yanvarda Türkiyə və Rusiyanın başçılığında yığıncaq keçirilmişdi.

Atəşkəs qərarının gücləndirilməsinə dair gündəmlə toplantı keçirən Türkiyə, Rusiya, İran, BMT, müxalifət və  rejim heyətləri  atəşkəsi izləmək üçün üçtərəfli məxanizm qurulması barədə razılaşmışdı.

Fevralın 6-da sadəcə zamin ölkələrin iştirak etdiyi yığıncaqda izləmə mexanizminə dair texniki detallar müzakirə edilmişdi.

15-16 fevralda keçirilən iki yığıncaqda bütün tərəflər yenidən bir araya gəldi.

Hərbi müxalifət Rusiyanın zəmanətindəki rejim qüvvələrinin güclü atəşkəs pozuntularının davam etməsi qarşqısında isə Astanada baş tutan üçüncü müzakirələrə qatılmayacağını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr