Astananın ev sahibliyi etdiyi Suriya danışıqları sona çatdı

Yığıncaqda İranın da Türkiyə və Rusiya  ilə  yanaşı atəşkəsin  zəmanətçisi   olmasını   nəzərdə   tutan  qərar  qəbul  edilib.

692140
Astananın ev sahibliyi etdiyi Suriya danışıqları sona çatdı

Qazaxıstan Xarici işlər nazirinin  müavini  Akılbek Kamaldinov, Türkiyə, Rusiya və İran nümayəndə heyətlərinin iştirakı ilə Astanada  baş  tutan  yığıncağın  yekun  iclasında    etdiyi  çıxışında, Türkiyə və Rusiyanın yanında İranın da rəsmi olaraq atəşkəsin   zəmanətçisi     olmasına  dair   qərar  qəbul  edildiyini   bildirib.

2  gün  davam  edən  yığıncaq çərçivəsində    baş  tutan    ikitərəfli və üçtərəfli danışıqlarda atəşkəsin gücləndirilməsi mövzusunun   müzakirə    edildiyini   ifadə  edən  Kamaldinov:  “Tərəflər atəşkəsi gücləndirmə mövzusunda   qərarlılıq  sərgiləyib. Atəşkəs pozuntuları ilə   əlaqəli   bir-birlərinə  hesabat  verilməsi,   pozuntuların qarşısının alınması, üçtərəfli nəzarət mexanizminin  məhsuldarlığını   artırmaq mövzularında  razılıq   əldə  edildi.  YUNESKO-nun dünya mirası siyahısında  iştirak  edən  suriyanın tarixi abidələrin qorunması uğrunda lazımlı  işlərin   edilməsi qəranına  gəlindi”  deyə   vurğulayıb.

Astana danışıqlarının  Cenevrə siyasi prosesi dəstəkləyəcək formada davam edəcəyini  də  xatırladan Kamaldinov,   növbəti   yığıncağın  3-4 Mayda ediləcəyini, Tehranda da 17-19 Apreldə hazırlıq konfransı təşkil ediləcəyini sözlərinə  əlavə  edib.  



Әlaqәli Xәbәrlәr