İran “Hörmüz 2” ballistik dəniz raketi sınağı həyata keçirdi

Tesnim xəbər agentliyinin məlumatına görə, şərh İran İnqilab Nəzarətçiləri Hava Kosmos Qüvvələri komandanı, general Əmir Əli Hacizadədən gəlib.

688451
İran “Hörmüz 2” ballistik dəniz raketi sınağı həyata keçirdi

  İran “Hörmüz 2” ballistik raket sınağını uğurla həyata keçirdiyini bəyan edib.

  Tesnim xəbər agentliyinin məlumatına görə, şərh İran İnqilab Nəzarətçiləri Hava Kosmos Qüvvələri komandanı, general Əmir Əli Hacizadədən gəlib.  

  “Hörmüz 2” ballistik raketinin bir dəniz raketi olduğunu söyləyən Hacızadə onun hərəkətli hədəfləri vura bildiyini və sürətinin saatda 300 kilometrə çatdığını qeyd edib.

  Xatırladaq ki, İran ötən ay da raket sınağı etmiş, Amerika Birləşmiş Ştatları Tehrana nota vermişdi. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası da İranın nüvə başlıqlı raket sınağına qadağa qoyulub.



Әlaqәli Xәbәrlәr