Mosul əməliyyatı davam edir

İraq ordusu Mosulu terror təşkilatı DEAŞ-dan azad etmə əməliyyatı çərçivəsində şəhərdəki inzibati mərkəzin yerləşdiyi mövqeni ələ keçirdi.

685896
Mosul əməliyyatı davam edir

İraq ordusu Mosulu terror təşkilatı DEAŞ-dan azad etmə əməliyyatı çərçivəsində şəhərdəki inzibati mərkəzin yerləşdiyi mövqeni ələ keçirdi.
  
 İraq Daxili İşlər Nazirliyinin  xüsusi təyinatlı dəstələri Ninova inzibati mərkəzinin yerləşdiyi korpusa gecə saatlarında basqın təşkil edərək oranı DEAŞ  terrorçularından təmizlədi.
 
 Toqquşmalarda çox sayda terroçu məhv edildi.
 
 İnzibati mərkəzə nəzarət yaxındakı şəhər mərkəzinə yerləşən terrorçulara qarşı əməliyyatların asanlaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
 
 Şəhərin şərq hissəsini ələ keçirən İraq qüvvələri fevralın 19-da  etibarən  qərb hissəsini DEAŞ-dan təmizləmək istiqamətində  əməliyyat aparır.

Xatırladaq ki,  Mosulun terror təşkilatı DEAŞ-dan azad edilməsi üçün İraq Ordusunun birlikləri, Peşmerge qüvvələri və Türkiyə hərbçilərinin Başika düşərgəsində təlim keçdikləri Ninova Mücahidləri 17 oktyabrda əməliyyata başlamışdılar.
 
 



Әlaqәli Xәbәrlәr