PKK/PYD Münbiçdən çəkilir

Rusya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi  Sergey Rudskoy terror təşkilatı PYD/PKK-nın nəzarətində olan Münbiçın Suriya ordusuna təhvil veriləcəyini bildirdi.

684265
PKK/PYD Münbiçdən çəkilir

     Rusya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi  Sergey Rudskoy terror təşkilatı PYD/PKK-nın nəzarətində olan Münbiçın Suriya ordusuna təhvil veriləcəyini bildirdi.
 
 Rudskoy Müdafiə Nazirliyində təşkil olunan mətbuat konfransında Rusiya rəsmilərinin iştirakı ilə keçirilən görüşlərdə terror təşkilatı PYD/PKK-nın Münbiç və ətrafından çəkilməyi, buranın Əsəd qüvvələrinə təhvil verməyi qəbul etdiyini söylədi.
 
 Rusiya komandiri martın 3-dən etibarən Dəməşq rəhbərliyinin Münbiçdə və ətrafında dövlət fəaliyyətlərini bərqərar edəcəyi barədə də məlumat verdi.
 
 Qeyd edək ki,Türkiyənin Milli Müdafiə naziri Fikri İşıq Balıkəsirdəki çıxışında: "Əvvəl terror təşkilatı DEAŞ bəzi yerləri rejimə təhvil verdi. İndi də gördüyümüz kimi, YPG bəzi yerləri rejimə təhvil verir. Hadisələrin inkişafı PYD, DEAŞ  və rejimin  vaxtaşırı birlikdə hərəkət etdiyi barədə iddiamızı təsdiq edir. Bir neçə gündür davam edən fəaliyyətlərdə bir-birinə düşmən kimi görünən bir çox təşkilatın asanlıqla bir araya gəldiyini gördük" demişdi.



Әlaqәli Xәbәrlәr