Cenevrədə keçirilən danışıqlar zamanı da müxalifətin nəzarətindəki bölgələr bombalanır

Suriyada Bəşər Əsəd rejimi Suriya mövzusunda Cenevrədə keçirilən danışıqlar zamanı müxalifətin nəzarətindəki bölgələri bombalamaqda davam edir.

679022

Ölkənin cənub-qərbindəki Dera şəhərində müxalifətin nəzarətindəki bölgələrə istiqamətli ötən gün edilən hava hücumlarında 10 nəfər həyatını itirib, 39 nəfər isə yaralanıb.

Əsəd rejimi Haresta qəsəbəsində dinc vətəndaşların yaşadığı yaşayış məntəqələrinə də yandırıcı napalm bombaları ilə hücum edib.

Dəməşqin şərqində yerləşən Haresta qəsəbəsində 19  fevralda rejimin raketlərlə hədəf götürdüyü müxalifətin nəzarətindəki Kabun bölgəsindən qaçan 3 minə yaxın ailə də yaşayır.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Mistura Rusiyanın Bəşər Əsəd rejimindən Cenevrə-4 danışıqları müddətində hava hücumlarını dayandırmasını istədiyini elan etmişdi.

Әlaqәli Xәbәrlәr