Bəşər Əsəd rejimi və terror təşkilatı PYD / PKK güçlü əməkdaşlıq edir

Əsəd Rejimi, terror təşkilatının, Afrin rayonundan sonra Hələb şəhərinin Şeyx Maqsud və Hüllük bölgələrində də terror düşərgələri yaradma cəhdinə dəstək verir.

677038
Bəşər Əsəd rejimi və terror təşkilatı PYD / PKK güçlü əməkdaşlıq edir

Yaralı terroristləri isə öz təyyarələriylə Dəmeşqdəki dövlət xəstəxanasına daşıyır.

Türkiyə kəşfiyatına görə rejimə məxsus təyyarələr, təşkilatın nəzarətində olan Kobani və Afrin qəsəbələri ilə Haseki vilayətindəki qarşıdurmalarda yaralanan terroristləri, Dəmeşq dövlət xəstəxanasına daşıyırlar. Ötən həftə, separatçı terror təşkilatı PKK-nın İraqın Kandil Dağındakı sözdə idarəçilərindən ikisi Dəmuşq xəstəxanasına yerləşdirilib.

Terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması PYD, Dəmuşq və Afrindən sonra Hələb şəhər mərkəzinin şərqində yerləşən Şeyx Maqsud və Hüllük bölgələrində terroristlərin təlim keçəcəkləri bir mərkəz yaradıb.

Türkmen bölgəsi Hüllükə nəzarət, keçən ilin sonunda PYD / PKK-nın əlinə keçmişdi. İndi isə Hüllükdə həm rejim həm PYD / PKK mənsubları var.

Afrində keçən ay açılan terrorist təlim mərkəzində, terroristlər, hərbi təlimdən keçirilirlər. Təlimçilər arasında xaricilər var.

.



Әlaqәli Xәbәrlәr