İranda hökümət  əlayhinə aksiyalar artır

İranın Xuzistan əyalətinə bağlı Əhvaz şəhərini təsiri altına alan şiddətli qum fırtınası nəticəsində elektrik və su şəbəkələrində baş verən problemin günlərdir davam etməsi etiraz aksiyalarına səbəb olub.

675739
İranda hökümət  əlayhinə aksiyalar artır

İran mediasının məlumatına görə, Əhvazda bir həftədir xalq şəhər icra hakimiyyəti binasının önündə toplaşaraq aksiya keçirir.

Təhlükəsizlik qüvvələrinin nümayişçilərə müdaxilə etdiyi və aksiyaların yayılmasının qarşısını almaq məqsədiylə bölgədə internetin kəsildiyi, daha şəhərdə nümayiş təşkil edilməsinin qadağan edildiyi bildirilir.

"Arabi 21.com" xəbər saytının məlumatına görə, təhlükəsizlik qüvvələrinin aksiyaçılara müdaxiləsi zamanı Həsən əl-Bogbiş adlı bir nümayişçi həyatını itirib.

Digər tərəfdən Əhvaz Valiliyi, şəhərdəki hava çirkliliyi səbəbiylə xalqa xəbərdarlıq edib ki, maskasız çölə çıxmasınlar.

Hava çirkliliyi səbəbiylə bir çox insan şəhərdəki xəstəxanalarda yerləşdirilib. Bölgədə hökm sürən hava çirkliliyi ilə yanaşı elektrik və suyun kəsilməsi səbəbiylə Xuzistan əyalətinə bağlı 11 rayonda məktəblər tətil edilib.

İran prezidenti Həsən Ruhaninin rəhbərlik etdiyi hökümət isə, həm bölgə xalqının həm də mühafizəkarların tənqidinə məruz qalıb. Mühafizəkarlar hökumətin böhrana laqeyd qaldığını irəli sürərkən, Ruhani hökumət, bölgədəki problemlər keçmiş hökumətlərin lazımlı tədbirləri görməmələri səsəbiylə yaşandığını qayd edib. Ruhani, bölgəyə elektrik və su çatdırmaq üçün bütün imkanların səfərbər edildiyini bu çərçivədə əlaqədar nazirlərə təlimat verdiyini, xalqın reaksiyasının idrakında olduqlarını qeyd edib. Xalqa qarşılaşdıqları çətinlik qarşısında səbr və mətanət göstərdikləri səbəbiylə minnətdarlığını bildirib.

Ölkədə siyasət, sənət və idman dünyasından çoxlu insan da  höküməti bölgədəki hava çirkliliyinin qarşısının alınması uğrunda lazımlı addımları atmamaqda ittiham  edir.

 

 

 

2



Әlaqәli Xәbәrlәr