‘Fәrat Qalxanı’’ әmәliyyatının 181-ci günündә DEAŞ-ın 28 üzvü mәhv edilib

Suriyanın şimalının terror  tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyənin liderliyilә  avqustun 24 başlanılan  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә terror tәşkilatı  DEAŞ-ın 28  üzvünün məhv edilib.

675830

Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumata görә, әmәliyyatın 181-ci günündә  terror tәşkilatı DEAŞ-ın Әl Babdakı hәdәflәri havadan vә qurudan vurulub.

Quru әmәliyyatı nәticәsindә terror tәşkilatına aid 122 hәdәfә atәş açılıb.

Türkiyә Hәrbi Hava Qüvvәlәrinә aid tәyyarәlәr tәrәfindәn terror tәşkilatı DEAŞ-ın  18 hәdәfinә qarşı hәyata keçirilәn әmәliyyat nәticәsindә isә terrorçular tәrәfindәn istifadә olunan 14 bina dağıdılıb, hәmçinin qәrargah olaraq istifadә etdiklәri 2 bina vә bir minalanmış avtomobil  mәhv edilib.

Әmәliyyat çәrçivәsindә terror tәşkilatı DEAŞ-ın 27 üzvü mәhv edilib.

Koalisiya qüvvәlәri tәrәfindәn keçirilәn hava әmәliyyatı  nәticәsindә isә DEAŞ-ın 1 üzvü zәrәrsizlәşdirilib.

Әlaqәli Xәbәrlәr