İraq PKK-ya olan dəstəyini kəsib

İraqda dövlət başçısının müavini ölkəsinin PKK-ya dəstəyini kəsdiyini bildirib.

672137
İraq PKK-ya olan dəstəyini kəsib

İraqda dövlət başçısının müavini ölkəsinin PKK-ya dəstəyini kəsdiyini bildirib.

İraqda dövlət başçısının müavini Osama əl-Nuceyfi Bağdadın Türkiyə ilə imzaladığı razılaşmadan sonra PKK terrorçularına artıq maaş ödəmədiyini, bu məsələnin ABŞ-ın nəzarətində həllə qovuşdurulduğunu söyləyib.

İraqın qabaqçıl sünni liderlərindən Osama əl-Nuceyfinin  sözləri bir ildən bəridir gərgin olan Ankara-Bağdad arasındakı əlaqələrin normallaşdığının göstəricisi olub.

Qeyd edək ki, PKK 1984-cü ildən bəridir Türkiyədəki hökumət idarələrini, təhlükəsizlik qüvvələrini və mülki vətəndaşları hədəf götürən hücumlar həyata keçirmiş silahlı terror təşkilatıdır.

İraqın şimalında Qəndil dağında yerləşən təşkilat Türkiyə və ABŞ daxil müxtəlif ölkə və Aİ kimi beynəlxalq ittifaqlar tərəfindən terrorçu təşkilat kimi qəbul edilmişdir.

Türkiyə Silahlı Qüvvələri nizamlı şəkildə İraqın şimalına sərhəddən kənar əməliyyatlar həyata keçirir, PKK hədəflərini və sığındıqları yerləri vurur.

Ancaq Bağdad hökuməti təşkilata silah və maddi dəstək verirdi.

PKK Suriyanın Haseke qəsəbəsinə çox qısa məsafədə yerləşən strateji Sincar bölgəsini 2015-ci ilin axırında DEAŞ terror təşkilatının əlindən almışdı. O tarixdən bəridir etnik və dini olaraq ümumilikdə Yezidi əhalinin yaşadığı bu bölgəni İraq hökumətinin də dəstəyi ilə nəzarətində saxlamışdır.

İraq Kürd Regional İdarəsi İraqın ikinci böyük şəhəri Mosulu DEAŞ-dan xilas etmək üçün həyata keçiriləcək əməliyyatdan öncə Türkiyə hərbi dəstələrinin İraqdakı Kürd peşmergelərə təlim keçmək üçün Başika düşərgəsinə dəvət etmişdi.

Şəhir 2014-cü ilin iyun ayında təşkilatın əlinə keçmişdi.



Әlaqәli Xәbәrlәr