Türkiyə Silahlı Qüvvələri DEAŞ-ın istifadə etdiyi tunelləri məhv etdi
“Fərat Qalxanı” əməliyyatında terrorçular tərəfindən fəal şəkildə istifadə edilən xeyli sayda tunel məhv edilib.
Türkiyə Silahlı Qüvvələri (TSQ) terror təşkilatı DEAŞ-a qarşı Suriyanın Əl-Bab şəhərində davam edən “Fərat Qalxanı” əməliyyatında terrorçular tərəfindən fəal şəkildə istifadə edilən xeyli sayda tuneli məhv edilib.
Hərbi mənbələrdən əldə edilən məlumata əsasən, Suriyanın şimalındakı terror hədəflərinə istiqamətli həyata keçirilən hava əməliyyatında Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar terrorçuların fəal şəkildə istifadə etdiyi bəzi tunelləri bombalayıb.
Ferat çayının suyunu əkin ərazilərinə daşımaq məqsədi ilə təqribən 15 il əvvəl qazılan tunellərin məhv edilməsi ilə hərəkət qabiliyyəti azalan terror təşkilatı DEAŞ-a ciddi səviyyədə zərər vərildiyi bildirilib.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir