Üç zamin ölkənin qərarı

Suriya danışıqları nəticəsində üç ölkənin qəbul etdiyi birgə bildirişi Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrəhmanov tərəfindən oxunub.

658416
Üç zamin ölkənin qərarı

Qazaxıstanın paytaxtı Astanada keçirilən danışıqların zamin ölkələri Türkiyə, Rusiya və İran Suriyada atəşkəs rejiminə əməl olunmasına nəzarət edilməsi üçün birgə əməliyyat təşkil edilməsinə dair qərar verib.

Suriya danışıqları nəticəsində üç ölkənin qəbul etdiyi birgə bildirişi Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrəhmanov tərəfindən oxunub.

Qəbul edilən qərara əsasən qrupun vəzifəsi sahədəki atəşkəs rejiminə əməl olunmasına nəzarət və hər hansı pozuntuya yol verilməməsi kimi məsələləri əhatə edəcək.

Suriyadakı böhranın hərbi həll yolunun olmadığını vurğulayan üç zamin ölkə beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qərarındakı addımların həyata keçirilməsi üçün Suriyadı siyasi prosesi dəstəkləməyə çağırıb.

Türkiyə, Rusiya və İranın müxalifət qruplarının İsveçrənin Cenevrə şənərindəki görüşlərdə iştirak etmə istəyini dəstəklədiyi qeyd edilən bildirişdə üç zamin ölkənin Suriyadakı silahlı müxalifətin  terrorçu qruplardan ayrılmasının vacibliyi də ifadə edilib.

Bunlardan əlavə üç ölkə Suriyanın müstəqilliyinə və torpaq bütövlüyünə “sadiq olduqlarını” bir daha vurğulayıb.

Üç zamin ölkənin Suriyada terrorla ortaq mübarizə aparmağa hazır olduğu ifadə edilən bildiriş mətnində Astana isə “suriyalı tərəflərin dialoq qurması üçün nüfuzlu bir platforma” olaraq dəyərləndirilib.



Әlaqәli Xәbәrlәr