Fələstin, İsrailin qərarını qınayıb

Fələstin, İsrailin Şərqi Qüdsdə 566 yeni yaşayış məskən tikilməsini nəzərdə tutan layihəni təsdiq etməsini pisləyib.

657009
Fələstin, İsrailin qərarını qınayıb

Fələstin rəsmi xəbər agentliyi VAFA-nın xəbərinə görə, Fələstin Dövlət başvçısının sözçüsü Nəbil əbu Rudeynenin sözlərinə BMT Təhlükəsizlik Şurasının 2334 nömrəli qərarına baxmayaraq, İsrail hökumətinin belə bir layihəni təsdiq etməsi zorbalıq və güc nümayişi hesab edilir.

əbu Rudeyne həmçinin BMT-yə çağırış edib ki, , İsrail hökumətinin iki dövlətli həll yolu uğrunda edilən səylərə zərbə endirəcək siyasətdən imtina etməsi üçün lazımlı addımları atsın.

BMT təhlükəsizlik şurasının yaşayış məskənlǝrin  inşa  edilmǝsinǝ  dair qəbul etdiyi son qərarın həyata keçirilməsinin təmini məqsədiylə ərəb dünyası və dost ölkələrlə danışıqlara başlayacaqlarını ifadə edən əbu Rudeyne: İsrail daha hüquqa zidd dövlət kimi addımlara son qoymalıdır  deyib.

Digər tərəfdən, İsrail Baş naziri Binyamin Netanyahu, Şərqi Qüds və İordan Çayının Qərb Sahilində, Yəhudi yaşayış məskənlərinin tikilməsinə dair maneələri ortadan qaldıracağını qeyd edib.

İsrail televiziya kanalı ‘Kanal 2’-nin xəbərinə görə, Netanyahu, nazirlər kabineti yığıncağında, qarşıdakı dövrdə, daha yaşayış mənzillərinin tikilməsi  qarşısında  heç bir maneənin olmayacağını səsləndirib.



Әlaqәli Xәbәrlәr